Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

15 mart 2025 | 14:11

Nizami rayonunda 15 mart 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ə.Vəliyev küçəsi 11 ünvanında keçirilən aksiyada  şəhərimizin torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Keçidlər