Nizami rayonunda may ayında sakinlərlə növbəti səyyar görüşlər keçirilib
30 may 2022 | 11:13
2022-ci ilin may ayında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun rayon sakinləri ilə növbəti dörd səyyar görüşü keçirilib.
Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbullarda rayon sakinlərinin səsləndirdikləri problemlər və təkliflər dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.