Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil edilib

14 iyun 2025 | 13:36

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanımızın hər bir guşəsində şanlı tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününü xalqımız böyük təntənə və xoş əhval-ruhiyyə ilə qeyd edir.

Bütün ölkədə olduğu kimi, Nizami rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 iyun 2025-ci il tarixində Heydər Bağı – Park Bulvarda sakinlərin, geniş rayon ictimaiyyətinin iştirakı ilə Milli Qurtuluş Günü münasibətilə möhtəşəm bayram konserti təşkil edilib.

Bayram konsertində sevilən tanınmış incəsənət nümayəndələri və rəqs qrupları çıxış ediblər.

Konsert proqramı sakinlər tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb, tamaşaçılarda xoş ovqat yaradıb.

Keçidlər