Nizami rayonunda müşavirə keçirilib
18 aprel 2025 | 17:19
18 aprel 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə aprelin 16-da kəskin hava şəraitindən sonra yaranan problemlərin aradan qaldırılması istiqamətində görülən işlər, həmçinin rayon ərazisində abadlıq-quruculuq, yenidənqurma işləri, mövcud yaşıllıqların qorunması, ərazinin sanitar təmizliyi, sosial-iqtisadi, tikinti-məişət işləri sahəsində həyata keçirilən müxtəlif layihələr və digər məsələlər geniş müzakirə edilib və müvafiq tapşırıqlar verilib.