Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti tədbir keçirilib

03 noyabr 2026 | 16:57

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə 03 noyabr 2026-cı il tarixində rayon gəncləri ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyinin həyata keçirdiyi “Sağlam və təhlükəsiz həyatın təşviqi” layihəsi çərçivəsində  narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş  maarifləndirici görüş keçirilib.

Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" İctimai Birliyinin sədri Vüsalə Əliyeva və digərləri çıxış ediblər.

Tədbirdə narkomaniyanın cəmiyyət və xüsusilə gənc nəsil üçün yaratdığı təhlükələr, onun fəsadları, sağlam həyat tərzinin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə ailənin, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayaraq, sağlam və təhlükəsiz gələcəyin formalaşdırılmasında hər kəsin üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd ediblər.

Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər