Nizami rayonunda növbəti əmək yarmarkası keçirilib
22 sentyabr 2026 | 17:28
Nizami Rayon İcra Hakimiyyəti və Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Bakı Texniki Kollecində növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə işəgötürənlər tərəfindən işsiz və işaxtaran şəxslərə müxtəlif sahələr üzrə vakansiyalar təqdim edilib, həmin tələblər barədə ətraflı məlumat verilib. Müraciət edənlərin CV-ləri qəbul olunaraq nəzərdən keçirilib və uyğun namizədlər müsahibəyə dəvət ediliblər.
Həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları, eləcə də bu proqramlara müraciət qaydaları barədə ətraflı məlumat verilib.






