Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti qanvermə aksiyası keçirilib

23 sentyabr 2026 | 14:16

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində 23 sentyabr 2026-cı il tarixində Nizami Tibb Mərkəzində hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə qanvermə aksiyası keçirilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra qanın verilməsinə başlanılıb.

Qanvermə aksiyasında 65 nəfərdən artıq könüllü iştirak edib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Respublika Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Keçidlər