Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti qanvermə aksiyası keçirilib

11 iyun 2024 | 15:59

Nizami Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 11 iyun 2024-cü il tarixində Məlhəm Beynəlxalq Hospitalda hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə qanvermə aksiyası keçirilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra qanın verilməsinə başlanılıb.

Qanvermə aksiyasında 100-dən artıq könüllü iştirak edib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər