Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti səyyar qəbul keçirilib

16 sentyabr 2026 | 17:42

 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov C.Naxçıvanski küçəsi 26 ünvanında yerləşən 242 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirib.

Qəbul zamanı vətəndaşlar müxtəlif sahələrlə bağlı müraciət və təkliflərini bildiriblər. Qaldırılan hər bir məsələ rəsmi qeydiyyata alınıb.

Bəzi problemlər elə yerindəcə həllini tapıb. Sakinlərin suallarına ətraflı cavablar verilib.

Araşdırma tələb edən digər məsələlər üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Bu işlərin icrası xüsusi nəzarətə götürülüb.

 

Keçidlər