Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti səyyar qəbul keçirilib

25 avqust 2026 | 18:21

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 nömrəli tam orta ümumtəhsil məktəbində rayon sakinləri ilə görüşərək növbəti səyyar qəbul keçirib. Qəbul çərçivəsində vətəndaşların müxtəlif sahələrlə bağlı müraciət və təklifləri dinlənilib, hər bir məsələ müvafiq qaydada qeydiyyata alınıb.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, suallar ətraflı cavablandırılıb. Əlavə araşdırma tələb edən problemlərin operativ şəkildə həlli üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

 

Keçidlər