Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda oktyabr ayında növbəti səyyar qəbullar keçirilib

28 oktyabr 2022 | 12:09

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun 2022-ci ilin oktyabr ayında rayon sakinləri ilə növbəti dörd səyyar görüşü keçirilib.

Səyyar görüşlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbullarda vətəndaşların müraciətləri rayon rəhbərliyi tərəfindən  dinlənilib, onlara ətraflı izahatlar verilib. Sakinləri narahat edən mövcud problemlərin qısa zamanda həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülüb.

Səyyar görüşlər sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirən sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər