Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Polis Günü qeyd edilib

02 iyul 2024 | 11:57

Nizami rayonunda 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev  Azərbaycan Polisinin yaranma tarixindən, polis orqanlarının əldə etdiyi uğurlardan danışıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Azərbaycan Polisi Günü münasibətilə polis kollektivini təbrik edib, onlara şərəfli fəaliyyətlərində böyük uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Polisinin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Məhz Ulu Öndərin böyük qayğısı, hərtərəfli köməkliyi, qəbul etdiyi qərarları sayəsində Azərbaycan Polisi xalqımızın böyük etibar göstərdiyi əsas hüquq-mühafizə orqanlarından birinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Polisinə göstərdiyi böyük qayğı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Tədbirdə həmçinin Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli, Nizami Rayon Prokuroru Pərviz İbayev çıxış ediblər.

Tədbirin sonunda  xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla mükafatlandırılıblar.

Keçidlər