Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda qışa hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib

15 noyabr 2023 | 10:30

Qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq 14 noyabr 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. 

Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Mətin Hüseynov, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyev, idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının, rayonun xidmət sahələrinin rəhbərləri və özəl sektorun nümayəndələri iştirak ediblər.

Müşavirədə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyəti araşdırılıb, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayona təhkim edilən cavabdeh şəxs tərəfindən Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə rayonda  qış mövsümünə hazirlığın, verilən tapşırıqların və görülən işlərin icra vəziyyəti yoxlanılıb.

Bildirilib ki, Rayon İcra Hakimiyyətində qışa hazırlıqla bağlı yaradılan qərargahın, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qış mövsümündə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu  işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonun idarə, təşkilat və özəl qurumları, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Keçidlər