Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Qurban bayramı münasibətilə tədbir keçirilib

08 iyul 2022 | 15:17

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 iyul tarixində “Meredian” şadlıq sarayında Qurban bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə qonaqlar, ictimai təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram süfrəsi duası oxunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək qeyd edib ki, Azərbaycanda dini dəyərlərimizə hörmət, onların qorunub saxlanması və təbliği dövlət siyasətimizin ayrılmaz tərkib hissəsidir. Müsəlman dünyasının bir parçası olan ölkəmizdə dini dəyərlərin fövqündə duran Qurban bayramı böyük təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu bayrama hər zaman böyük diqqət göstərirlər, xalqımızı tədbirk edir, onlara ən xoş arzularını çatdırırlar. Artıq ikinci ildir biz bu müqəddəs bayramı şanlı Zəfərin təntənəsi ilə keçiririk, çox sevindirici haldır ki, 30 ildən sonra işğaldan azad olmuş torpaqlarımızda da Qurban bayramı bu gün böyük təntənə ilə qeyd olunur.

Rayon rəhbəri tədbir iştirakçılarını milli-mənəvi həmrəyliyi, humanizm və qardaşlığı, xeyirxahlıq və mərhəmət duyğularını özündə təcəssüm edən Qurban bayramı münasibətilə təbrik edib, onlara can sağlığı, işlərində uğurlar diləyib.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Həsənli Elçin Vaqif oğlunun anası Xatirə İsmayılova, şəhid Həsənli Alı Nofəl oğlunun atası Nofəl Həsənov, qazi, 2-ci dərəcəli Vətən müharibəsi əlili Diniyev Kamil Əlibala oğlu çıxış   edərək ölkəmizdə sağlam dini mühitin yaradılmasına, dini bayramlarımızın keçirilməsinə, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıya görə hədsiz fəxarət hissləri keçirdiklərini bildirilblər və qalib ölkə vətəndaşları kimi bütün Nizami rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürlərini ifadə ediblər, həmçinin bayram təbriklərini ünvanlayıblar.

Keçidlər