Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən noyabr ayında növbəti səyyar görüşlər keçirilib

25 noyabr 2022 | 10:42

Nizami rayon sakinlərinə yaxın olmaq, onların problemlərini özlərindən eşitmək və yerindəcə aradan qaldırmaq məqsədilə 2022-ci ilin noyabr ayında  da Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun dörd səyyar görüşü keçirilib.

Keçirilən qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

“Açıq mikrofon” formatında keçən görüşlərdə rayon sakinləri, əvvəlki səyyar görüşlərdə qaldırılan problemlərin müsbət həllindən razılıq etdiklərini söyləyiblər, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər