Nizami rayonunda “Sağlam gələcək sağlam seçimdən başlayır” adlı tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Dayaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 avqust 2025-ci il tarixində “Sevinc Mall”da “Sağlam gələcək sağlam seçimdən başlayır” adlı narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin fəsadları barədə məlumatlandırmanın artırılmasıdır.
Tədbirdə Zirə qəsəbə Mədəniyyət Mərkəzi tərəfindən narkomaniya ilə mübarizəyə həsr edilən “Təqdir” qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verilib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.






