Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib

23 sentyabr 2026 | 16:12

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 23 sentyabr 2026-cı il tarixində 145 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti aparatının və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul əməkdaşları, eləcə də rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə sakinlərin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı cavablandırılıb. Əlavə araşdırmaya ehtiyac olan məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər