Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib

31 mart 2022 | 14:13

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 30 mart 2022-ci il tarixində 251 nömrəli tam orta məktəbdə B.Nuriyev küçəsi 65, 71, Naxçıvanski küçəsi 48, 80, 86, 88, 90 ünvanlarında yaşayan sakinlərlə səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər