Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sakinlərlə növbəti səyyar görüşlər keçirilib

03 may 2024 | 12:04

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinlərinin problemlərinin yerindəcə öyrənilib aradan qaldırılması məqsədilə aprel ayında növbəti səyyar qəbullar keçirib.

Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda sakinlərin söylədikləri müxtəlif təkliflər dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli əlavə vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işlərdən razılıqlarını ifadə edən sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər