Nizami rayonunda sakinlərlə səyyar görüşlər keçirilib
Nizami rayonunda sakinlərin problemlərinin yerindəcə öyrənilib aradan qaldırılması məqsədilə 2022-ci ilin aprel ayında Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılovun dörd səyyar görüşü keçirilib.
Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.