Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub

29 dekabr 2025 | 12:38

31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Nizami rayonunda şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib.

Tədbir çərçivəsində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar təşkil olunub. Müxtəlif personajların təqdim etdiyi şən səhnəciklər, Şaxta babanın uşaqlarla səmimi ünsiyyəti balacalara xoş əhval-ruhiyyə bəxş edib, onlara yaddaqalan anlar yaşadıb.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.

Keçidlər