Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub

29 dekabr 2023 | 16:58

29 dekabr 2023-cü il tarixində Nizami Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə “Akvarium” əyləncə mərkəzində şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib.

Bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və onların övladları iştirak ediblər.

Bayram şənliyində uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib. Klounların təqdim etdiyi şən məzhəkələr, Şaxta baba və Qar qızın söhbətləri ilə əylənən uşaqlar şən, yaddaqalan saatlar keçiriblər.

Sonda uşaqlara Rayon İcra Hakimiyyətinin bayram hədiyyələri təqdim edilib.

Keçidlər