Nizami rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Sevinc Mall-un birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələri və qazilərlə görüşüb, şəhid və qazi övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Şəhid ailələri və qazilər onların övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqlar üçün musiqili proqram və əyləncəli oyunlar təşkil olunub, cizgi filmi göstərilib, sonda uşaqlara hədiyyələr təqdim edilib.