Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri təşkil olunub

27 dekabr 2022 | 16:20

Nizami Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə 27 dekabr tarixində “Akvarium” əyləncə mərkəzində şəhid və qazi övladları üçün 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, şəhid ailələri və qazilərlə görüşüb, onların arzu və istəklərini dinləyib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Şəhid ailələri və qazilər onlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə uşaqlar üçün geniş musiqili-əyləncəli proqram təşkil olunub. Tədbirin sonunda uşaqlara Rayon İcra Hakimiyyətinin bayram hədiyyələri təqdim edilib.

Keçidlər