Nizami rayonunda şəhid və qazi övladları üçün Bilik Günü münasibətilə tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün yeni tədris ilinin başlanması – Bilik Günü münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə Bilik Günü münasibətilə şəhid və qazilərin məktəbli övladlarını, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edib, təhsildə uğurlar arzulayıb, həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və onların övladlarına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Qeyd olunub ki, şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin ailələrinin hər zaman diqqət mərkəzində saxlanılması, onların rifahının təmin olunmasına, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş sosial proqramlar, eləcə də onların övladlarına göstərilən yüksək qayğı dövlətimiz tərəfindən verilən ali dəyərin ən bariz nümunəsidir.
Şəhid ailələri və qazilər onların övladlarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Tədbirdə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub.
Tədbirin sonunda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.






