Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhidlərin xatirəsi ehtiramla yad edilib

08 noyabr 2023 | 14:26

2020-ci ilin sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları və ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər 08 noyabr 2023-cü il tarixində Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Vətən Müharibəsi Şəhidləri memorial kompleksinin önünə gül dəstələri qoyub, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Keçidlər