Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda səyyar görüşlər sentyabr ayında da davam edib

30 sentyabr 2022 | 10:35

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun 2022-ci ilin sentyabr ayında rayon sakinləri ilə növbəti dörd səyyar görüşü keçirilib.

Səyyar görüşlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbul-görüşlərdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Səyyar qəbullarda sakinlərin söylədikləri təkliflər dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli vaxt tələb edən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Səyyar görüşlərdə iştirak edən rayon sakinləri səyyar qəbulların təşkilinə və problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər