Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Son zəng” tədbiri keçirilib

14 iyun 2023 | 15:17

2022/2023-cü tədris ilinin başa çatması ilə əlaqədar Nizami rayonu 229 nömrəli tam orta məktəbdə 14 iyun 2023-cü il tarixində “Son zəng” tədbiri keçirilib.

Tədbirdə qonaqlar, ictimaiyyət nümayəndələri, məktəbin pedoqoji kollektivi, məzunlar və valideynlər iştirak edib.

Əvvəlcə məktəbin adını daşıyan Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun büstü və Şəhidlər Kompleksi önünə güllər qoyulub, xatirələri yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Dövlət Bayrağının qaldırılması ilə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı, “Azərbaycan Rus” İcması Nizami rayon təşkilatının sədri Vitali Kovalyov və 229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, təhsilin əlçatanlığının təmin edilməsi, savadlı nəsil yetişdirilməsi və gələcəyimiz olan gənclərə daha yaxşı təhsil verilməsi istiqamətində yeni layihələr həyata keçirilir.

Çıxış edənlər tədris ilinin başa çatması münasibətilə məzunları təbrik edib, onlara möhkəm cansağlığı, gələcək həyatlarında uğurlar, müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.

Eyni zamanda, məzunlara ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak etmələri, onlara olan etimadı doğrultmaq üçün hər zaman fəallıq və əzmkarlıq göstərmələri tövsiyə olunub.

Tədbirdə həmçinin tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar verilib.

Tədbir məzunların hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

Keçidlər