Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar ehsan süfrəsi açılıb
12 dekabr 2025 | 14:31
12 dekabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən "Meridian Saray"da Ulu Öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.






