Nizami rayonunda ümumrayon iməciliyi keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi altında paytaxtda iməciliyin keçirilməsi barədə qərarına uyğun olaraq Nizami rayonunda 4 mart 2023-cü il tarixində ümumrayon iməciliyi keçirilib.
İməcilik zamanı təmizlik işləri aparılaraq rayon ərazisi insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılardan təmizlənib, yol kənarlarındakı ağacların, səkilərin, məhəccərlərin, bordürlərın, işıq dirəklərinin, park və istirahət yerlərində oturacaqların yuyularaq təmizlənməsi həyata keçirilib, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. yeni kollar və güllər əkilib, yaşıllıq zolaqlarında qazon örtükləri yenilənib.
Eyni zamanda, prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafları təmizlənib.
Qeyd edək ki, kommunal xidmət əməkdaşları ilə yanaşı ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları da öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.