Nizami rayonunda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli 220 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Dövlət Bayrağının qaldırılması ilə başlayıb.
Tədbirdə çıxış edənlər tədris ilinin başa çatması münasibətilə məzunları təbrik edib, onlara möhkəm cansağlığı, gələcək həyatlarında uğurlar, müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.
Eyni zamanda, məzunlara ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak etmələri, onlara olan etimadı doğrultmaq üçün hər zaman fəallıq və əzmkarlıq göstərmələri tövsiyə olunub.
Tədbir məzunların hazırladığı bədii kompozisiya ilə davam etdirilib.