Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda uşaq yaradıcılıq festivalı keçirilib

31 may 2023 | 17:40

Nizami Rayon İcra Hakimiyyəti və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 31 may 2023-cü il tarixində  Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin əsas tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə çıxarılması, onların istedadlarının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün xüsusi şəraitin yaradılması və həmin uşaqların həvəsləndirilməsi, onlara dövlət qayğısının daim artırılması istiqamətində respublikamızda böyük işlər həyata keçirilmiş, yeni Yaradıcılıq Mərkəzləri yaradılmış, mövcud olan tərbiyə müəssisələri əsaslı təmir olunmuş, həmçinin bununla bağlı bir sıra Dövlət Proqramları qəbul edilmiş, uşaqların arzu və istəklərinə uyğun olaraq dərnəklər açılmışdır.

Bu gün də respublikamızda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı və diqqəti sayəsində xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində əməli işlər görülür, yeni layihələr həyata keçirilir.

Xüsusi olaraq vurğulanıb ki, yaradıcılıq festivalının əsas məqsədi istedadlı uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Festivalda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi təlim-tərbiyə müəssisələrinin və 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif nominasiyalar üzrə rəsm, toxuma və tətbiqi sənət işləri nümayiş olunub, həmçinin xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar musiqi, şeir, folklor və mahnı nümunələri ifa ediblər.

Keçidlər