Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Vətən müharibəsi şəhidi leytenant Kənan Sadıx oğlu Süleymanlının xatirəsinə həsr olunmuş tədbir keçirilib

30 yanvar 2023 | 17:26

30 yanvar 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi leytenant Kənan Sadıx oğlu Süleymanlının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Kənan Süleymanlının müəlliməsi Nazənin Abbasova, şəhid kapitan Əkbər Pənahovun anası Mayqa Alməmmədova və başqaları çıxış ediblər.

Şəhid Kənan Süleymanlının ailə üzvləri adından çıxış edən anası Səadət Süleymanova, qardaşı Sənan Şirəliyev şəhidlə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Çıxışlardan sonra tədbirdə şairə Nəsibə İsrafilqızı vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, bəstəkar-müğənni Ruslan Səfərli isə şəhidə həsr olunmuş mahnı ifa edib.

Keçidlər