Nizami rayonunda Vətən müharibəsi şəhidi Qasımov Eltun Vüqar oğlunun doğum günündə əziz xatirəsi yad olunub
Nizami rayonunda Vətən müharibəsi şəhidi Qasımov Eltun Vüqar oğlunun doğum günündə əziz xatirəsi yad olunub. YAP Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Eltun Qasımovun oxuduğu 250 nömrəli tam orta məktəbin direktoru Fəzail Məmmədov və başqaları çıxış ediblər.
Şəhid Eltun Qasımovun atası Vüqar Qasımov, həyat yoldaşı Pərvin Qasımova çıxış edərək xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra şəhid ailəsinin üzvlərinə təşəkkür mərasimi olub.
Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.