Nizami rayonunda Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlər davam etdirilir
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və İcra Hakimiyyətinin məsul əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini mütəmadi olaraq ziyarət edirlər.
22 sentyabr 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsi şəhidi Süleymanlı Kənan Sadıx oğlunun ailəsi ilə görüşüb, qayğıları və problemləri ilə maraqlanıb.
Görüşdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları şəhid Süleymanlı Kənan Sadıx oğlunun yaşamış olduğu binanın qarşısında qoyulmuş xatirə abidəsinin önünə gül dəstələri qoyublar.
Görüş zamanı C.Cəbrayılov şəhid ailələrinə diqqət və qayğının dövlət başçımızın xüsusi nəzarətində olduğunu, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların dövlət tərəfindən unudulmadığını, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşıldığını, şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramların həyata keçirildiyini və bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüşdə şəhid Süleymanlı Kənan Sadıx oğlunun ailəsi ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərdiyi diqqət və qayğıya, qarşılaşdıqları sosial problemlərin aradan qaldırıması üçün edilən köməkliyə görə minnətdarlıqlarını bildiriblər.