Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Vətən müharibəsinin şəhidi Eltun Qasımovun xatirəsi anılıb

17 oktyabr 2023 | 17:38

17 oktyabr 2023-cü il tarixində 250 nömrəli tam orta məktəbdə Vətən müharibəsinin şəhidi Qasımov Eltun Vüqar oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə şəhidin abidəsini ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra şəhidin atası Vüqar Qasımov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 250 nömrəli tam orta məktəbin direktoru Gülanə Əliyeva və başqaları çıxış ediblər.

Çıxışlardan sonra şəhidin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər