Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda vətəndaşlar növbəti dəfə “mygov” platforması barədə məlumatlandırılıb

21 oktyabr 2026 | 14:19

21 oktyabr 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir çərçivəsində vətəndaşlarla “mygov” platformasının təbliği istiqamətində maarifləndirici söhbət aparılıb.

Təşəbbüsün məqsədi vətəndaşların rəqəmsal dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq və onların rəqəmsal savadlılıq səviyyəsini artırmaqdır. Tədbir zamanı sakinlərə “mygov” tətbiqinin təqdim etdiyi imkanlar, elektron sənədlərə sürətli çıxış, dövlət xidmətlərindən çevik istifadə qaydaları və platformanın sağladığı üstünlüklər haqqında ətraflı bilgi verilib.

Eyni zamanda, vətəndaşlara tətbiqin funksionallığını və praktiki istifadə addımlarını əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bu cür maarifləndirmə işlərinin əsas məqsədi əhalinin rəqəmsal xidmətlərdən istifadəyə həvəsləndirilməsi və dövlət xidmətlərinin daha əlçatan edilməsidir.

Bundan əlavə, Nizami Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən rayon ərazisindəki elektron monitorlarda "mygov" tətbiqinin təbliğatına dair sosial maarifləndirici vizual materialların nümayişi təmin edilib.

Keçidlər