Nizami rayonunda yay konsertləri davam edir
17 avqust 2026 | 10:34
Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda növbəti canlı konsert proqramı keçirilib.
Konsertdə gənc ifaçılar və incəsənət nümayəndələri çıxış ediblər. İfaçıların təqdimatında səslənən milli retro nəğmələr, zəngin xalq mahnıları və sevilən estrada kompozisiyaları parkda toplaşanlara zövqlü anlar yaşadıb. Canlı musiqi, xoş avaz və açıq havanın gətirdiyi rahatlıq sakinlərə unudulmaz bir yay axşamı bəxş edib.






