Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yeni tədris ili ərəfəsində Bilik Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib

10 sentyabr 2024 | 16:48

Yeni tədris ilinin başlanması ərəfəsində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları ilə görüş keçirilib.

Səmimi mühitdə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan, uşaqların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimizin dəstəyindən söhbət açıb. Yeni tədris ili münasibətilə şəhid və qazilərin məktəbli övladlarını, xüsusilə  məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edib, onlara sağlam vətənpərvərlik ruhunda böyüməyi, biliklərə yiyələnməyi tövsiyə edib, təhsildə uğurlar arzulayıb.

Tədbirdə musiqili-əyləncəli proqram təşkil olunub, sonda uşaqlara hədiyyələr təqdim edilib.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər