Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yeni tədris ili ərəfəsində şəhid və qazi övladları üçün tədbir keçirilib

09 sentyabr 2023 | 08:08

Nizami Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə “KFC”-nin Qara Qarayev filialında şəhid və qazi övladları üçün yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələri və qazilərlə görüşüb, onların arzu və istəklərini dinləyib, yeni tədris ilinin başlanması münasibəti ilə şəhid və qazi övladlarını təbrik edib.

Şəhid ailələri və qazilər onların övladlarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub. Tədbirin sonunda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Keçidlər