Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

03 noyabr 2022 | 16:06

03 noyabr 2022-ci il tarxində 8 Noyabr – Zəfər Günü münasibətilə  10 nömrəli tam orta məktəbdə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin rəisi polkovnik-leytenant Elxan Feyziyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, şəhid ailələri, qazilər, 10 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Öncə məktəbin həyətində şagirdlər tərəfindən hazırlanmış fləş-mob nümayiş olunub. 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova möhtəşəm Zəfərimizin əldə olunmasında Ali Baş Komandanın uzaqgörən siyasətinin, qalib Ordumuzun əzminin böyük rolunu vurğulayıb. 

Tədbirdə çıxış edənlər 30 il davam edən işğala son qoyulmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi hesab ediblər.    

Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiya ilə davam edib.

 

Keçidlər