Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Zərifə xanımın irsi ilə qəhrəmanların ailələrinə dəyər” layihəsi çərçivəsində şəhid ailə üzvlərinə ödənişsiz göz müayinəsi aksiyasına start verilib

25 aprel 2025 | 17:03

25 aprel 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin və LİV Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 102 illik yubileyi ilə əlaqədar “Zərifə xanımın irsi ilə qəhrəmanların ailələrinə dəyər” layihəsi çərçivəsində Nizami rayonunda yaşayan şəhid ailələrinin üzvləri üçün ödənişsiz göz müayinəsi aksiyasına start verilib.

LİV Bona Dea Hospitalın həkim briqadaları tərəfindən həyata keçirilən müayinənin məqsədi Nizami rayonunda yaşayan şəhid ailələrinin üzvlərinin sağlamlığını diqqət mərkəzində saxlamaqdır.

Əvvəlcədən müəyyən olunmuş siyahı üzrə şəhid ailələrinin üzvləri müəyyən qrafikə əsasən sözügedən müəssisədə göz müayinəsi olunacaq, göz qüsurları aşkarlandığı təqdirdə isə müalicə olunacaqlar.

Keçidlər