Nizami rayonunun Ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqləri keçirilib
25 may 2026 | 12:29
Nizami Rayon İcra Hakimiyyətinin 2026-cı il üçün mülki müdafiə üzrə tədbirlər planına və Nizami rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2026-cı il üçün hazırlıq planına əsasən mayın 25-də Nizami rayonunun ərazi mülki müdafia dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqləri keçirilib.






