Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunun ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib

15 sentyabr 2026 | 11:16

Nizami rayonunun ümumtəhsil müəssisələrində yeni tədris ilinin başlanması - Bilik Günü münasibətilə təntənəli şəkildə tədbirlər keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə çıxış edən müəllimlər, valideynlər və rəsmi qonaqlar müəllim və şagirdləri, xüsusilə məktəb həyatına ilk qədəmlərini qoyan birinciləri və onların valideynlərini təbrik edib, yeni dərs ilində hər birinə böyük uğurlar və nailiyyətlər arzulayıblar.

Çıxış edənlər Azərbaycan xalqının Ümummilli Iideri Heydər Əliyevin təhsilin inkişafına, təhsilə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, bu  strateji kursun Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini,  eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən tədbirlərin Azərbaycan təhsilinin davamlı inkişafına böyük töhfələr verdiyini vurğulayıblar.

Qeyd olunub ki, təhsil sahəsində aparılan genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı və vətənpərvər gənc nəslin yetişməsinə zəmin yaradır və dövlətimiz Azərbaycanın  sürətli inkişafında əsas baza rolunu oynayır.

Şagirdlərin təqdimatında nümayiş olunan musiqili kompozisiyaları, səslənən şeirlər tədbirlərə xüsusi ahəng qatıb.

Yeni tədris ilinin ilk məktəbli zənginin çalınmasından sonra şagirdlər böyük əhval-ruhiyyə öz sinif otaqlarına daxil olublar.

Keçidlər