Nizami rayounda açıq hava konsertləri davam edir
31 avqust 2026 | 12:51
Bakı şəhərində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən açıq hava konsertləri Nizami rayonunda da davam etdirilir.
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda keçirilən konsertdə gənc musiqiçilər xalq, retro və estrada mahnıları ifa ediblər. Canlı musiqi və rəngarəng repertuar parka gələn sakinlərə xoş əhval-ruhiyyə bəxş edib.






