Şriftin ölçüsü :

Saytın rəngi :

Qala qəsəbəsində Vətən müharibəsi şəhidi Yaqub Yaqubzadənin anım günündə məzarı ziyarət edilib

03 oktyabr 2023 | 12:15

03 oktyabr 2023-cü il tarixində Qala qəsəbəsində Vətən müharibəsi şəhidi Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Yaqub Yaqubzadə 2 oktyabr 2020-ci il tarixində Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yaqub Yaqubzadə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər