Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb

02 fevral 2025 | 17:51

02 fevral 2025-ci il tarixində II Fəxri xiyabanda 25 dekabr 2024-cü ildə Bakı-Qroznı istiqamətində uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın xatirəsi anlılıb.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və qəzada həlak olanların yaxınları iştirak ediblər.

Qəzada həlak olanların xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Keçidlər