Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsində çalışanları təbrik edib, onlara can sağlığı və şərəfli işlərində uğurlar diləyib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsində də şərəflə çalışan insаnlаrın əməyinə həmişə yüksək qiymət vеrib, оnlаrа böyük hörmət və еhtirаmını bildirib, bu peşə sahiblərinə yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” tarixi kəlamı təhsil sahəsində çalışan fədakar müəllimlərimizin əməyinə verilən ən ali dəyərin bariz göstəricisidir.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına, bu sahədə çalışan insanlara göstərilən hərtərəfli yüksək diqqət və qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı yeni layihələr həyata keçirilir, rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Millətin gələcəyi olan təhsilimizin inkişafında, xüsusilə də yeniyetmə-gənclərimizin təlim-tərbiyəsində, onların bilikli, savadlı və vətənpərvərlik ruhunda formalaşdırılmasında müstəsna əməyi keçən müəllimlərə hörmət, qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur.
Tədbirdə həmçinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərov, 70 nömrəli məktəb-liseyin tarix müəllimi Nilufər Abbasova və 238 nömrəli tam orta məktəbin informatika müəllimi Samirə Mahmudova çıxış edərək təhsil sahəsinə və bu sahənin aparıcı qüvvəsi olan müəllimlərə göstərilən böyük dəstəyə, qayğı və diqqətə görə təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını və dərin təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda fərqlənən bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb.






