Rayon İcra Hakimiyyətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Nizami Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlər, yeniyetmə-gənclərin sağlam ruhda formalaşdırılması istiqamətində, eləcə də əhali arasında aparılan ideoloji-maarifləndirmə tədbirləri barədə məlumat verib, həyata keçirilən tədbirlərdə İctimai şuranın fəal iştirakını xüsusilə qeyd edib.
Qeyd olunub ki, cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin həyata keçirilməsində, yerli səviyyədə qərarların qəbulunda, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakı şəffaflıq və obyektlivliyin təmin edilməsinə xidmət edir.
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rəna İbrahimova və digər üzvlər çıxış edərək görülmüş işlər, qarşıda duran əsas vəzifələr barədə danışıblar. Çıxışlarda İctimai Şuranın rayonun ictimai həyatında daha da fəal iştirakının təmin olunması ilə bağlı bir sıra təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsi zəruri hesab olunub.
Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı İctimai Şuranın sədri Rəna İbrahimovanı yubileyi münasibətilə təbrik edib.






