Rayon İcra Hakimiyyətinin başçısı avqust ayında növbəti səyyar qəbullar keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2024-cü ilin avqust ayında növbəti səyyar qəbullar keçirib.
Qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar görüşlərdə rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Keçirilən görüşlərdə çıxış edən rayon sakinləri, əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin müsbət həllindən razılıq etdiklərini söyləyiblər, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.